DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 16:26 (GMT +4)

Ərdoğan AB-ni sərhədləri açmaq və qaçqınları Avropaya buraxmaqla hədələyib

Bakı, 10 oktyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Birliyi səlahiyyətlilərinin Suriyadakı "Barış pınarı" hərbi əməliyyatını pisləməsini tənqid edib. SalamNews TASS-a istinadən xəbər verir ki, Ərdoğan AB səlahiyyətlilərini, ölkənin sərhədlərini açaraq suriyalı qaçqınları Avropaya buraxmaqla təhdid edib. 

"Ey, Avropa Birliyi, özünü ələ al! Əməliyyatımızı işğal adlandırmağa cəhd etsəniz, işimiz çox sadədir - sərhəd məntəqələrini açacayıq və 3,6 milyon qaçqını siz tərəfə buraxacayıq", o deyib.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başlayıb.