DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 16:05 (GMT +4)

Türkiyə prezidenti Suriyada əməliyyat başlayandan 109 terrorçunun məhv edildiyini açıqlayıb 

Bakı, 10 oktyabr, SalamNews. Türkiyə ordusunun Suriyada keçirdiyi "Barış pınarı" əməliyyatı çərçivəsində 109 terrorçu məhv edilib.

SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Dünən əməliyyata başladıq. Əvvəlcə artilleriya, sonra aviasiya, axşam saatlaırnda quru qoşunlar daxil oldu. İndiyə qədər 109 terrorçu öldürülüb, çoxlu sayda yaralı və təslim olmuş terrorçu var. Artıq Türkiyəyə qarşı qara təbliğata başlayıblar, guya biz mülki vətəndaşları bombalayırıq", Ərdoğan deyib. 

Ərdoğan qeyd edib ki, Türkiyə hər addım barədə ictimaiyyəti məlumatlandırır.