DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 15:40 (GMT +4)

Zelenski Putinlə danışıqlar aparmağa  hazır olduğunu bəyan edib

Bakı, 10 oktyabr, SalamNews. Ukrayna lideri Vladimir Zelenski ukraynalıların Rusiyadan alınması ilə bağlı prezidenti Vladimir Putin ilə birbaşa danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.

SalamNews bu barədə RT-yə istinadən xəbər verir.

"İşləyən daha biri (format. - red.) var. Rusiya Federasiyasının prezidenti ilə vətəndaşlarımızın geri qaytarılması və mübadiləsi ilə bağlı birbaşa danışıqlara hazıram. Nəticənin olduğunu gördüm, buna  hazıram", deyə dövlət başçısı jurnalistlərlə söhbətində deyib.

Daha əvvəl Zelenski, "hamının bunun əleyhinə olduğu üçün" Putinlə görüşünün planlaşdırılmadığını bildirmişdi.