DÜNYA » HADİSƏLƏR
10 Oktyabr 2019, 15:14 (GMT +4)

Avstriyanın Linz şəhərində hava limanı yaxınlığında partlayış baş verib

Bakı, 10 oktyabr, SalamNews. Avstriyanın Linz şəhərində hava limanı yaxınlığında partlayış baş verib. 

"N-TV" kanalının məlumatına görə, iki nəfər ağır yaralanıb. Digər KİV-lər doqquz nəfərin xəsarət aldığını yazır.

Partlayış zibilin yenidən emal edilməsi müəssisəsində baş verib.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, təfərrüatlar barədə hələ məlumat verilməyib.