DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 14:57 (GMT +4)

Ərdoğan: Əməliyyatın məqsədi Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin təmin edilməsidir

Bakı, 10 oktyabr, SalamNews."Barış Pınarı" antiterror əməliyyatının məqsədi Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin təmin edilməsinə töhfə verməkdir. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Prezident qeyd edib ki, son dörd ildə Türkiyə təhlükəsizlik qüvvələri 16 min terrorçunu zərərsizləşdirib. 

O, Türkiyənin bölgədəki bütün terror təşkilatlarına, o cümlədən İŞİD, PKK və Suriyadakı qolları - YPG və PYD ilə mübarizəni davam etdirdiyini vurğulayıb.

Ərdoğan bildirib ki, bəzi dairələr və ölkələr Türkiyənin Suriyanın birliyini təmin etmək üçün keçirdiyi əməliyyatı tənqid edir. 

"Suriyadakı İŞİD terrorçularına Fransa, Almaniya və Hollandiyadan gələn muzdlular qoşuldu. Amma Türkiyə terrorçulara qoşulmağa çalışan 5,5 min xarici vətəndaşı geri göndərdi", o bildirib.