DÜNYA » HADİSƏLƏR
10 Oktyabr 2019, 14:25 (GMT +4)

İndoneziyanın təhlükəsizlik nazirinə hücum edilib

Bakı, 10 oktyabr, SalamNews. İndoneziyanın Siyasi işlər və təhlükəsizlik naziri Viranto, Banten əyalətinə işgüzar səfəri zamanı naməlum şəxsin bıçaqlı hücumuna məruz qalıb.

SalamNews-un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, hücum nəticəsində nazir yaralanıb və təcili olaraq xəstəxanaya yerləşdirilib.

Hücum zamanı yerli polis rəisi də xəsarət alıb.