DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 13:24 (GMT +4)

NATO Baş katibi Türkiyəyə gəlir

Bakı, 10 oktyabr, SalamNews. NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək. SalamNews "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər nazirliyi açıqlama yayıb.

"NATO Baş katibi alyansın gündəmində olan müxtəlif məsələlər haqqında müzakirələr aparmaq üçün 11 oktyabrda ölkəmizə səfər edəcək. Stoltenberqin İstanbulda nazirimizlə görüşü və prezidentimiz tərəfindən qəbul edilməsi planlaşdırılır", nazirliyin açıqlamasında deyilir.