DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 12:58 (GMT +4)

Ankara: Suriyada təyin olunan hədəflərdə nəzarət əldə edilib

Bakı, 10 oktyabr, SalamNews. "Barış Pınarı" antiterror əməliyyatı oktyabrın 10-na keçən gecə quru qoşunların iştirakı və aviasiyanın dəstəyi ilə uğurla davam edir. SalamNews "CNNtürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Tvitter-də yayımlanan mesajda bildirilir ki, plana uyğun olaraq həyata keçirilən əməliyyatda Suriya ərazisindəki təyin olunmuş hədəflərdə nəzarət əldə edilib.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başlayıb.