DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 12:05 (GMT +4)

Pompeo: ABŞ Türkiyəyə Suriyadakı əməliyyat üçün "yaşıl işıq" verməmişdir

Bakı, 10 oktyabr, SalamNewsABŞ Suriyanın şimalında əməliyyat keçirmək üçün Türkiyəyə "yaşıl işıq" yandırmayıb. 

SalamNews-un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bunu dövlət katibi Mayk Pompeo PBS NewsHour-a müsahibəsində söyləyib.

"Bəli, bu sadəcə yalandır", Pompeo deyib.

Eyni zamanda, dövlət katibi Türkiyə hücumlarının nəticələri, o cümlədən mülki şəxslərin ölümü və ya İŞİD-in yenidən dirçələcəyi təqdirdə ABŞ-ın məsuliyyət daşıyacağına dair sualı cavablandırmaqdan imtina edib.

Pompeonun sözlərinə görə, İŞİD təhlükəsi İraqdan qaynaqlanır.

"Radikal terror təhlükəsinin mövcud olduğu bir çox başqa ölkə də var. Biz, ABŞ üçün bu təhlükəni azaltmaq məqsədi ilə qüvvələrimizin uyğun bir şəkildə yerləşdirdiyimizdən əmin olmalıyıq", Pompeo bildirib.