DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 11:42 (GMT +4)

Əl-Qaidənin «Hindistan Yarımadası valisi» öldürülüb

Bakı, 10 oktyabr, SalamNews, B.Samid. Əfqanıstanın Helmənd əyaləti ərazisində Əl-Qaidənin liderlərindən biri öldürülüb.

SalamNews  Əfqanıstanın Pajwook xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik İdarəsi məlumat yayıb.

Bildirilib ki, Əl-Qaidənin «Hindistan Yarımadası üzrə valisi» Asim Ömər Helməndin Musa-Qala bölgəsində öldürülüb.

Eyni zamanda Əfqanıstan Ordusu bildirib ki, ötən gün Qəznidə aparılan əməliyyat zamanı Talibanın 42 silahlısı zərərsizləşdirilib.

Bu arada Əfqanıstan prezidenti Əşrəf Qəni Talibanla Əl-Qaidənin əlaqələrinin davam etdiyini bildirib və ABŞ-dan Talibanla danışıqlar aparmaqda ehtiyatlı olmağı istəyib.