DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 11:43 (GMT +4)

"Barış Pınarı” əməliyyatı plana uyğun irəliləyir - Fuat Oktay

Bakı, 10 oktyabr, SalamNews. Suriyada "Barış Pınarı” antiterror əməliyyatı plana uyğun  irəliləyir.

Salamnews xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktayın Twitter  səhifəsində türk və ingilis dillərində yayımladığını açıqlamasında deyilir.

“Əməliyyatın yeganə məqsədi Türkiyənin cənub sərhədlərində terrorçuların nəzarətində olan bölgəni məhv etmək və suriyalıların evlərinə könüllü qayıtmasını təmin etməkdir. Cəsur Türkiyə ordusu terrorçularla uğurla mübarizə aparır. Suriyanın mülki əhalisinin təhlükəsizliyi bizim əsas prioritetimizdir”, Oktay yazıb.

Vitse-prezident Türkiyənin əməliyyatının beynəlxalq hüquqa, əsasən də özünümüdafiə hüququna əsaslandığını vurğulayıb.

“Türkiyənin sərhədlərini təhdid edən terrorçular bütün dünyaya təhlükə yaradır. Ankara bu təhdidi aradan qaldırmaqda qərarlıdır və dünya birliyindən terror təşkilatlarına qarşı mübarizədə eyni qətiyyəti gözləyir”, o qeyd edib.