DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 11:20 (GMT +4)

Obama Türkiyənin ölümcül düşməni PKK ilə müqavilə bağladı - Tramp

Bakı, 10 oktyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp, sələfi Barak Obamanı terror təşkilatı YPG / PKK ilə əməkdaşlıq etdiyinə görə tənqid edib. Salamnews  Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, Ağ Ev rəhbəri terror təşkilatı ilə bağlı danışarkən "YPG" əvəzinə birbaşa "PKK" ifadəsini işlədib.

"Barak Obamanın dövründə olduğu kimi, siz də Türkiyənin qatı düşməni PKK ilə tərəfdaşlıq edirsinizsə bu çox çətin bir vəziyyətdir. İllərdir bir-birlərinə nifrət edirlər”, Tramp deyib.

Ağ Ev rəhbəri Amerika qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı qərarını "düzgün addım" adlandırıb: "Bu sonsuz müharibənin sona çatmağının vaxtı çatıb”.

Tramp qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdəki hərbi iştirakı "ən səhv addım idi”.