DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 11:03 (GMT +4)

İran Parlament sədri Türkiyəyə səfərini ləğv edib

Bakı, 10 oktyabr, SalamNews, B.Samid. İran Parlamentinin sədri Əli Laricanı Türkiyənin Suriyanın şimalında əməliyyata başlaması fonunda İstanbula səfərini ləğv edib.

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bu barədə İran Parlamentindən məlumat verilib.

Bildirilib ki, Əli Laricanı türkiyəli həmkarının dəvəti ilə parlamenlərarası toplantıya qatılmalı idi. Lakin o "Barış Pınarı" əməliyyatının başlaması fonunda bu səfəri ləğv edib.

Qeyd edək ki, İran XİN də ötən gün bəyanat yayaraq Türkiyənin əməliyyatının əleyhinə olduğunu bəyan edib və Türkiyəni rəsmi Dəməşqlə danışıqlara və koordinasiya etməyə çağırıb.