AZƏRBAYCAN » CƏMİYYƏT
10 Oktyabr 2019, 10:23 (GMT +4)

DOST mərkəzi 40 mininci vətəndaşı qəbul edib

Bakı, 10 oktyabr, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzi 40 mininci vətəndaşı qəbul edib.

Mərkəzin xidmətindən istifadə edən vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib.
Yasamal rayon sakini Rasim NəbiyevDOST-a Əmək pensiyalarının təyin edilməsiilə bağlı müraciət edib. O, 5 aydır fəaliyyət göstərən DOST mərkəzinin xidmət göstərdiyi 40 000-ci vətəndaş kimi tarixə düşüb.

Mərkəzinin direktoru Seymur Alıyev DOST xidmətlərindən istifadə etdiyi üçün vətəndaşa təşəkkürünü bildirib. Rasim NəbiyevDOST Mərkəzində ona göstərilən xidmətin operativ və yüksək səviyyədə olduğunu qeyd edib. O, son aylarda pensiya, əməkhaqqlarının artırılmasına, vətəndaşlar üçün bu cür şərait yaradılmasına görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, 9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinəxidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir. Aparılan monitorinqin nəticələri göstərir ki, vətəndaşların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi çox yüksəkdir.2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.