DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 10:48 (GMT +4)

PKK-nın Suriya qanadı Türkiyə şəhərini raket atəşinə tutub

Bakı, 10 oktyabr, SalamNewsPKK terror təşkilatının Suriya qanadı Suriyanın Kamışlı bölgəsindən Türkiyənin Mardin vilayətini raket atəşinə tutub. SalamNews “Anadolu”ya istinadən xəbər verir ki, Suriya ərazisindən atılan altı raket Mardinin Nusaybin şəhərində partlayıb.

Raket hücumu "Barış pınarı” antiterror əməliyyatının başlamasından sonra həyata keçirilib.

Mülki vətəndaşlar arasında itki və tələfat yoxdur.

Hücum nəticəsində Nusaybinin mərkəzindəki yaşayış binalarından birinə ziyan dəyib, evin sakinləri təxliyə edildi.

Polis şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirlərini artırıb.