DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 10:25 (GMT +4)

Ankara milli təhlükəsizliyə təhdidlə bağlı narahatlığında haqlıdır - Yens Stoltenberq

Bakı, 10 oktyabr, SalamNews. Ankara milli təhlükəsizliyə təhdidlə bağlı narahatlığında haqlıdır. Türkiyə dəhşətli terror hücumlarına məruz qalıb. SalamNews “Anadolu”ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq TSQ-nin Suriyada Fərat çayının şərqində başlatdığı "Barış pınarı” antiterror əməliyyatını şərh edərkən söyləyib.

"Əminəm ki, Türkiyə ayıq davranacaq və vəziyyətə uyğun güc tətbiq edəcək", deyə Şimali Atlantika Alyansının rəhbəri Romada İtaliyanın Baş naziri Cüzeppe Konte ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Stoltenberq, Türkiyənin çoxlu sayda suriyalı qaçqın qəbul edən bir ölkə olduğunu xatırladıb.

NATO baş katibi, terror təşkilatı İŞİD-ə  qarşı mübarizədə əldə edilən uğurların qorunub saxlanmasının zəruriliyini də vurğulayıb.