DÜNYA » SİYASƏT
10 Oktyabr 2019, 10:14 (GMT +4)

Ərəb Dövlətləri Liqası Türkiyənin Suriya əməliyyatı ilə bağlı təcili toplantı keçirir

Bakı, 10 oktyabr, SalamNews, B.Samid. Ərəb Dövlətləri Liqası bu gün Qahirədə təcili toplantı keçirməyi planlaşdırıb.

SalamNews  əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Misir və Birləşmiş Ərəb Əmirliyinin tələbi ilə Ərəb Dövlətləri Liqası bu gün Qahirədə təcili toplantı keçirəcəyini bildirib.

Əlavə edilib ki, ƏDL bu toplantıda Türkiyənin Suriya ərazisində hərbi əməliyyat həyata keçirməsini müzakirə edəcək.

Toplantı ƏDL-a üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, ƏDL-in baş katibi Əhməd Əbul-Ğəyt ötən gün Türkiyənin hərbi əməliyyatını kəskin pisləyib.

Misir və BƏƏ də ötən gün Türkiyənin addımını Suriyanın suverenliyinə qarşı "kobud addım" adlandırıblar.

Qeyd edək ki, Türkiyə Ordusu ötən gündən başlayaraq, Suriyanın şimalında təhlükəsizlik kəməri zonasının yaradılması üçün "Barış Pınarı" adlı əməliyyata start verib.