DÜNYA » SİYASƏT
09 Oktyabr 2019, 17:25 (GMT +4)

Ərdoğan Suriyada yeni hərbi əməliyyatın başladığını elan edib 

Bakı, 9 oktyabr, SalamNews. Türkiyə Silahlı Qüvvələri Suriyada Fərat çayının şərqində antiterror əməliyyatına başlayıb.

SalamNews-un verdiyi xəbərə görə, əməliyyatın başlandığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Dövlət başçısı, Suriyanın şimalındakı PKK/ YPG və İŞİD terror təşkilatlarına qarşı keçirilən  əməliyyatın "Barış pınarı" adlandırıldığını bildirib.

"Məqsədimiz cənub sərhədlərimizdə yaradılması planlaşdırılan terror dəhlizini məhv etmək və bölgəyə sülh və sabitliyi gətirməkdir", Ərdoğan "Tvitter" səhifəsində yazıb.

Dövlət başçısının sözlərinə görə, əməliyyat sayəsində Türkiyəyə qarşı terror təhlükəsi ortadan qalxacaq.

Ərdoğan qeyd edib ki, əməliyyatın köməyi ilə Suriyada qaçqınların geri qayıda biləcəkləri "təhlükəsizlik zonası" yaradılacaq.

"Barış pınarı" əməliyyatı Suriyanın ərazi bütövlüyünü qorumaq məqsədi daşıyır və Suriya xalqını terrorun caynağından xilas edəcək", Ərdoğan bildirib.