DÜNYA » ELM VƏ TEXNOLOGİYA
09 Oktyabr 2019, 17:18 (GMT +4)

Kimya üzrə Nobel Mükafatının qalibləri müəyyənləşdirilib

Bakı, 9 oktyabr, SalamNews. Kimya sahəsində 2019 Nobel Mükafatı, elm adamları  amerikalı Con Qudenou, britaniyalı Stenli Uittingem və yaponiyalı Akira Yosinoya verilib.

Onlar litium-ion batareyalarını yaratdıqlarına görə təltif ediliblər.

SalamNews RT-yə istinadla xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının komitəsi məlumat verib.