DÜNYA » SİYASƏT
09 Oktyabr 2019, 14:27 (GMT +4)

Bloomberg: Türkiyə qoşunları Suriya sərhədini keçməyə başlayır

Bakı, 9 oktyabr, SalamNews. Türkiyə hərbi birləşmələri Suriya sərhədini keçməyə başlayıb. Bu barədə "Bloomberg" Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

SalamNews xəbər verir ki, ordu Ankaranın təhlükəsizlik bölgəsi yaratmaq üçün əməliyyat keçirmək niyyətində olduğu bölgəyə keçməyə başlayıb.

"Türkiyə qüvvələri ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini sərhəddən uzaqlaşmağa məcbur etmək üçün Suriyanın şimal-şərqində sərhədi keçməyə başlayıblar", - deyə agentliyə mənbə bildirib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qeyd edib ki, "qoşunların sərhədə ötürülməsi və əməliyyata hazırlıq prosesi davam edir".