DÜNYA » SİYASƏT
09 Oktyabr 2019, 13:42 (GMT +4)

Lavrov ABŞ-ın Suriyada "təhlükəli oyun" oynadığını açıqlayıb

Bakı, 9 oktyabr, SalamNews. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Suriyadakı vəziyyətlə bağlı "təhlükəli oyun" oynayır, bu bütün bölgəni qarışdıra bilər.

"Amerikalılar əlbətdə başa düşməlidirlər ki, son iki ildə Suriyanın şimal-şərqində onların iştirakı ilə baş verən proseslər Təhlükəsizlik Şurasının Suriya Ərəb Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı qətnaməsinin tələblərinin birbaşa pozulmasıdır", Lavrov deyib.

SalamNews xəbər verir ki, Lavrovun sözlərinə görə, ABŞ kvazi-dövlət strukturları yaradır, onların fəaliyyətini təmin edir və  kürd mövzusunu çox fəal şəkildə təbliğ edirdi.