DÜNYA » SİYASƏT
09 Oktyabr 2019, 12:55 (GMT +4)

Pentaqon: Təhlükəsizlik zonasının yaradılması Suriyadakı sabitliyə töhfə verəcək

Bakı, 9 oktyabr, SalamNews. Pentaqon hələ də bu fikirdədir ki, Suriyanın şimalında təhlükəsizlik zonası yaratmaq sabitliyi qorumağın ən yaxşı yoludur. SalamNews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Jonatan Hoffman deyib.

Onun sözlərinə görə, Vaşinqton təhlükəsizlik zonası məsələsində “Türkiyənin birtərəfli qaydada hərəkət etmək qərarına gəldiyindən” təəssüflənir.

"Bununla əlaqədar olaraq, Amerika qoşunlarının təhlükəsizliyini təmin etmək üçün onları Suriyanın şimalından geri çəkdik. Bu mərhələdə Suriyadakı hərbi varlığımız dəyişməyib", o deyib.