DÜNYA » SİYASƏT
09 Oktyabr 2019, 13:01 (GMT +4)

Ərəb Dövlətləri Liqası və Misir Türkiyənin Suriyanın şimalındakı əməliyyatını qınayıb

Bakı, 9 oktyabr, SalamNews, B.Samid. Misir prezidenti Əbdül-Fəttah Sisinin Türkiyənin Suriyanın şimalındakı əməliyyatı qnamasından sonra Ərəb Dövlətləri Liqası sədri də rəsmi Ankaranın başlatmaq istədiyi əməliyyatı pisləyib.

SalamNews  Misir mətbuatına istinadla xəbər verir ki, ölkə prezidenti Əbdül-Fəttah Sisi ötən gün keçirilən mətbuat konfransı zamanı Türkiyənin Suriyanın şimalında kürd bölmələrinə qarşı başlatmaq istədiyi hərbi əməliyyatı qınayıb.

Ərəb Dövlətləri Liqasının baş katibi misirili siyasətçi Əhməd Əbul-Ğəyt də Türkiyənin başlatmaq istədiyi əməliyyata münasibə bildirib.

Onun sözlərinə görə ƏDL Türkiyənin Suriyadakı bu addımına görə narahatdır.

O deyib:

"Rəsmi Ankara tərəfindən başladılacaq bu əməliyyat Suriya suverenliyini açıqcasına pozmaqdır və vəziyyəti daha da gərginləşdirəcək."

Qeyd edək ki, ƏDL 2012-ci ildən rəsmi Dəməşqi liqanın üzvlüyündən çıxarıb və hələ də Suriya hökumətini bu liqaya qəbul etmir.