DÜNYA » DİN
08 Oktyabr 2019, 16:17 (GMT +4)

On bir min Ərbəin zəvvarı Astara gömrüyündən keçərək Kərbəlaya yollanıb

Bakı, 8 oktyabr, SalamNews, B.Samid. On bir min azərbaycanlı, Gürcüstan və rusiyalı zəvvar Astara gömrük keçidindən keçərək Kərbəlaya Ərbəin ziyarətinə yollanıblar.

SalamNews Mehr Agentliyinə istinadla xəbər verir ki, bunu İranın Astara Gömrük Keçid Məntəqəsinin sədri Mansur Babili deyib.

M. Babilinin sözlərinə görə Qafqaz regionundan 11 min xarici Ərbəin zəvvarı Astara sərhəd keçidini keçərək, İraq sərhədlərinə doğru istiqamət götürüblər.

Bu arada İranın Ərdəbil əyalətinin Nəqliyyat və Yollar İdarəsinin baş müdiri Əli Rəhməti Mehr İnformasiya Agentliyinə bildirib ki, bu ilin Ərbəin ziyarəti ərəfəsində Biləsuvar keçid məntəqəsindən 12 min xarici zəvvarın keçəcəyi gözlənilir.