AZƏRBAYCAN » HADİSƏLƏR
07 Oktyabr 2019, 12:07 (GMT +4)

Bakıda qəza olub, 11 nəfər yaralanıb

Bakı, 7 oktyabr, SalamNews.Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) avtoqəza baş verib.

Səhiyyə Nazirliyindən SalamNews-a verilən xəbərə görə, h​​​​adisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.