DÜNYA » HADİSƏLƏR
04 Oktyabr 2019, 16:58 (GMT +4)

An-12 təyyarəsinin sərnişinləri daşınan yükün onları əzməsi nəticəsində ölüb- Lvov bələdiyyə başçısı

Bakı, 4 oktyabr, SalamNews. Lvov yaxınlığında An-12 yük təyyarəsinin təcili enişi zamanı 5 nəfər ölüb. Məlumata əsasən, onların ölümünə səbəb daşınan yük olub.

SalamNews "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə şəhər meri Andrey Sadovi məlumat verib.

"Kabin tamamilə parçalanıb, hər şey dağılıb. Təyyarədəki yüklər orada olan insanları əzib. Buna görə başqalarını tapmaq şansı ... çox çətindir. Səkkiz heyət üzvünün olduğu deyilir. Üç nəfər faktiki olaraq xilas edilib. Digərləri haqqında hələ ki müsbət məlumat yoxdur", bələdiyyə başçısının açıqlamasında deyilir.