DÜNYA » SİYASƏT
04 Oktyabr 2019, 15:14 (GMT +4)

İranda bir rusiyalı jurnalist İsrailə cəsusluq ittihamı ilə saxlanılıb - KİV

Bakı, 4 oktyabr, SalamNews, B.Samid. Xarici KİV-lər rusiyalı jurnalist Yuliy Yuzikin İranda İsrailə cəsusluqda ittihamlandırılaraq saxlanıldığını bildiriblər.

SalamNews xəbər verir ki, bu barədə məlumatı Rusiya KİV-lər yayıblar.

Rusiya KİV-lər yazıb ki, ölkənin Tehrandakı səfirliyi jurnalist Yuli Yuzikin bir neçə gün öncə saxlanıldığını təsdiqləyib.

İddia edilir ki, rusiyalı jurnalist İsrailə cəsusluqda ittiham edilir.

İranın rəsmi məhkəmə orqanları hələ bu barədə məlumat yaymayıblar.