DÜNYA » HADİSƏLƏR
04 Oktyabr 2019, 11:15 (GMT +4)

Kenyada ağır yol qəzasında 13 nəfər ölüb

Bakı, 4 oktyabr, SalamNews. Kenyada sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində ağır yol qəzası baş verib. "The Daily Nation" qəzetinin məlumatına görə, hadisə Kisumu şəhərində baş verib.
SalamNews xarici KİV-lərə istinadən xəbər verir ki, qəza nəticəsində biri uşaq olmaqla azı 13 nəfər ölüb.
Xəsarət alanlar bölgədəki xəstəxanalara yerləşdirilib.