DÜNYA » HADİSƏLƏR
01 Oktyabr 2019, 11:30 (GMT +4)

Tayvanda körpü uçub, xəsarət alanlar var 

Bakı, 1 oktyabr, SalamNewsTayvanın İlan mahalında körpü uçub, hadisə nəticəsində çox sayda insan yaralanıb. Bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat yayıb.

Patrul xidmətinin video yazısına görə, körpünün uçduğu an onun üzərindən benzin çəni qoşulmuş nəqliyyat vasitəsi keçirdi.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə anında  körpünün altında balıqçı qayıqları olub, bu səbəbdən uçqun nəticəsində çox sayda insan suya düşüb.