DÜNYA » SİYASƏT
28 Sentyabr 2019, 15:36 (GMT +4)

İsrail Suriyanın şərqinə aviazərbə endirməyə cəhd edib - Havadan müdafiə cavab verib

Bakı, 28 sentyabr, SalamNews, B.Samid. Havadan Müdafiə qüvvələri Suriya-İraq sərhədi bölgəsi Bu-Kamal şəhərinin ətrafını hədəfə alan aviazərbələrə qarşılıq verib.

SalamNews  moraselon.com-a istinadla xəbər verir ki, yad təyyarələr Suriyanın uzaq şərqində İraqla sərhəddə yerəşən Bu-Kamal şəhərindəki gömrük küçidinin ətrafını hədəfə almağa çalışıblar.

Lakin Suriyanın havadan müdafiə qüvvələri bu hücuma qarşılıq verib və raketinlərin çoxunu zərərsizləşdirib.

Mənbə Sputnik-ə istinadla bildirib ki, ötən gecə İsrailə məxsusluğu ehtimal edilən yad təyyarələr Bu-Kamal şəhərinin 12 km şimal-şərqində yerləşən bir qərargahı hədəfə almağa çalışıblar.

Havadan müdafiə qüvvələri əksər raketləri zərərsizləşdirib. Bir neçə raket qərargahda maddi xəsarətlərə səbəb olub.

Qeyd edək ki, Bu-Kamal şəhəri 2017-ci ilin noyabrı İŞİD-dən geri alınıb. Gələn həftə bu şəhərdəki strateji keçidin rəsmən açılışı gözlənilir.