DÜNYA » SİYASƏT
28 Sentyabr 2019, 15:13 (GMT +4)

Tramp Baydeni və Demokratları tənqid edən video yayımlayıb

Bakı, 28 sentyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp, Twitter-də keçmiş vitse-prezident Co Bayden və ABŞ Demokrat Partiyasını tənqid edən video yayımlayıb.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, "Mən bu bataqlığı qurudacam" başlıqlı video Baydenin oğlunun şirkətinin fəaliyyətini araşdıran Ukraynanın keçmiş baş prokurorunun işdən çıxarılması ilə bağlı qalmaqala aiddir.

"Co Bayden, oğlunun işini araşdıran baş prokurorun vəzifəsindən azad edilməsi üçün Ukraynaya bir milyard dollar vəd edib. Ancaq Tramp Ukraynadan  korrupsiya ilə bağlı araşdırma aparmasını istəyəndə demokratlar impiçment proseduru başlatmaq qərarına gəliblər", videoda kadrarxası səs deyir.

Videoda həmçinin Baydenin Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və keçmiş baş nazir Arseniy Yatsenyuk ilə görüşlərindən görüntülər də yer alıb.

"Demokratlar seçkini uduzdular və indi bunları saxtalaşdırmaq istəyirlər. Buna imkan verməyin" deyə videonun sonunda deyilir.