AZƏRBAYCAN » DİN
28 Sentyabr 2019, 14:43 (GMT +4)

Azərbaycanlı zəvvarların ilk karvanı Ərbəin ziyarətinə yola düşüb (VİDEO)

Bakı, 28 sentyabr, SalamNews, B.Samid. Ötən gün axşam iki avtobusdan ibarət zəvvar qrupu İraqa yola düşüb.

SalamNews xəbər verir ki, ötən gün axşam Azərbaycandan ilk zəvvar qrupu İraqa yola düşüb.

Məlumata görə bu zəvvar qrupunun böyük əksəriyyətini könüllülər və xidmətçilər təşkil edir.

Onlar milyonlarla zəvvarın qatıldığı Ərəbəin ziyarəti zamanı Nəcəf-Kərbəla yolunda müxtəlif xidmətləri təqdim edən, səyyar mərkəzlər quracaqlar.

Qeyd edək ki, Ərbəin günü gələn ayın 19-a təsadüf edir. Azərbaycnlı zəvvarlar oktyabr ayının 6-dan başlayaraq İraqdakı müqəddəs şəhərlərə üz tutacaqlar.