DÜNYA » SİYASƏT
27 Sentyabr 2019, 12:01 (GMT +4)

Reuters: Ərdoğan Trampa S-400-lə paralel "Patriot"ları almağı təklif edib 

Bakı, 27 sentyabr, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampa Rusiyanın S-400 zenit-raket sistemləri ilə birlikdə "Patriot" zenit-raket sistemlərini(SAM) də almağı təklif edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"F-35-lə bağlı sualın tamamilə həll olunduğunu söyləyə bilmərik, amma mən  təklif irəli sürdüm. Trampa dedim ki, S-400-lə paralel olaraq Patriot-u sizdən ala bilərik", Ərdoğan deyib.

SalamNews xəbər verir ki, Ərdoğanın istəyinə cavab olaraq Tramp, Türkiyə və ABŞ-ın bu məsələ üzərində birlikdə çalışmasını təklif edib.