AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
26 Sentyabr 2019, 10:02 (GMT +4)

Bakı Avrasiya Universiteti İtaliya universiteti ilə ikili diplom proqramına başlay;b

Bakı, 26 sentyabr, SalamNews. Bakı Avrasiya Universiteti beynəlxalq əlaqələr sahəsində yeni nailiyyətlər əldə edib. Belə ki, kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olmaq, eyni zamanda universitetin beynəlxalq reytinqinin yüksəldilməsi məqsədilə ikili diplom proqramlarının icrasına başlayıb.

SalamNews-un məlumatına görə, universitet bu istiqamət üzrə ilk uğuruna imza atıb. Bakı Avrasiya Universiteti İtaliyanın Genuya Universiteti ilə cari tədris ilindən ali təhsilin magistratura səviyyəsində “Turizmin iqtisadiyyatı” ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsinə başlayıb.

İkili diplom proqramı çərçivəsində təhsil alan magistrantlar 3 semestr BAAU-da, 1 semestr isə Genuya Universitetində təhsil almaqla yekunda hər iki universitetin diplomunu qazanacaqlar.

Əsası XVI əsrdə qoyulmuş Genuya Universiteti bugün dünya universitetləri arasında reytinqinə görə ilk 500-lükdə, ölkə üzrə isə ilk 10-luqda yer alır.