DÜNYA » SİYASƏT
21 Sentyabr 2019, 10:34 (GMT +4)

ABŞ İranın Mərkəzi Bankına yeni sanksiyalar tətbiq etməyə başlayıb

Bakı, 21 sentyabr, SalamNews, B.Samid. ABŞ İrana qarşı yeni addımlar fonunda bu ölkənin Mərkəzi Bankına yeni sanksiyalar tətbiq edib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, ABŞ-ın Dövlət Xəzinədarlıq Departamenti İranın mərkəzi Bankı və onun nəzdində fəaliyyət göstərən bir neçə maliyyə qurumu, eləcə də ölkənin Milli İnkişaf Fonduna qarşı yeni sanksiyalar tətbiq edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Aramco şirkətinin Abqaiq və Xureys neft təsisatlarının husilər tərəfindən vurulmasından sonra Donald Tramp İrana qarşı sərt sanksiyalar tətbiq edəcəyini bildirmişdi.

ABŞ prezidenti ötən gün bu sanksiyalar açıqlanan zaman bildirib ki, İrana qarşı hərbi cavabdansa bu kimi sanksiyalar daha effetkiv olacaq.

ABŞ-ın sanksiyalarına cavab olaraq, İranın XİN rəhbəri Cavad Zərif twitter səhifəsində yazıb ki, ABŞ artıq sanksiyanın (narkotik alidəçiləri kimi) aludəçisi olub.