DÜNYA » SİYASƏT
20 Sentyabr 2019, 17:42 (GMT +4)

İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

Bakı, 20 sentyabr, SalamNews, B.Samid. İran ölkənin cənubunda yerləşən neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib.

SalamNews xəbər verir ki, bu barədə İran mətbuatı ölkənin Neft Nazirliyinin mənbələrinə istinadla məlumat verirlər.

Məlumata görə Aramco-ya hücum fonunda İranın neft naziri Bijən Namdar Zəngəne bildirib ki, ölkənin neft təsisatlarında kiber hücumlarına qarşı tədbirlər gücləndirilib.

İran KİV-lərinin məlumatına görə, B.N.Zəngəne bu gün ölkənin cənubundakı neft təsisatlarına baş çəkəcək və görüləcək tədbirlərlə bağlı şirkət rəhbərləri və təhlükəsizlik qüvvələri rəhbərlərilə görüş keçirəcək.

Qeyd edək ki, husilərin Səudiyyənin Yəmənə hərbi müdaxiləsinə cavab olaraq Aramco-nun neft təsisatlarını vurmasından sonra bölgədə bir sıra ölkələr enerji resursları ətrafında təhlükəsizlik tədbirlərini artırıblar.