DÜNYA » SİYASƏT
20 Sentyabr 2019, 16:04 (GMT +4)

İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

Bakı, 20 sentyabr, SalamNews, B.Samid. "Biz amerikalılara verəcəyimiz cavabı təkcə Fars Körfəzində deyil, Hind okeanı, Aralıq və Qırmızı dənizdə də həyata keçirəcəyik"

SalamNews Tasnim Agentliyinə istinadla xəbər verir ki, bunu Ayətullah Xameneinin hərbi məsələlər üzrə müşaviri general-mayor Yəhya Rəhim Səvəfi deyib.

Bu gün Tehranda çıxışı zamanı Rəhim Səfəvi Aramco hücumundan sonra İrana qarşı itihamlara və deyilən müharibə hədələrinə münasibət bildirib və vurğulayıb ki, İranın cavabı yalnız bölgədə olmayacaq.

İslam İnqilabının Keşikçilər Korpusunun sabiq komandanı vurğulayıb ki, İrana qarşı hərbi addım atılsa, İran, cavabı təkcə körfəzdə deyil, Aralıq dənizindən Qırmızı dənizə, oradan da Hind okeanına qədər məsafədə verəcək.

Briqada generalı Səfəvi çıxışının bir qismində bildirib ki, "İran qonşu ölkələrə qarşı ərazi iddiası etmir, işğalçı və təcavüz siyasəti yox, sülh və sabitlik siyasəti yürüdür və müharibə niyyətində də deyil."