DÜNYA » SİYASƏT
19 Sentyabr 2019, 14:50 (GMT +4)

«B komandası» Trampı aldadıb onu müharibəyə sürükləməyə çalışır  - Cavad Zərif

Bakı, 19 sentyabr, SalamNews, B.Samid. “B koamndasının qalıqları hazırda çalışırlar ki, Trampı aldadıb onu müharibəyə sürükləsinlər.”

SalamNews xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi twitter səhifəsində yazıb.

İran XİN rəhbəri ABŞ dövlət katibinin Aramco-ya hücumla bağlı rəsmi Tehranı ittiham etməsinə münasibət bildirərək, vurğulayıb ki, “B komandasının qalıqları Trampı aldadıb onu müharibəyə sürükləyirlər.”

“Onlar Trampı aldadıb müharibəyə sürükləyirlər. Onlar dua etsinlər ki, istədikləri baş tutmasın. İndi onlar başlatdıqları Yəmən müharibəsinin bədəlinin az bir hissəsini ödəyirlər”, deyə Cavad Zərif "B komandası" adlandırdığı tərəfə xəbərdarlıq göndərib.

Qeyd edək ki, Cavad Zərif İsrail baş naziri Benyamin Netanyahu, BƏƏ vəliəhdi Bin-Zayid, Səudiyyə vəliəhdi Bin-Salman və Trampın sabiq müşaviri Con Bolton dördlüyünü "B komandası" adlandırır.