DÜNYA » SİYASƏT
18 Sentyabr 2019, 09:35 (GMT +4)

İsrail əsgərləri fələstinli qadına birbaşa atəş açıblar (VİDEO)

Bakı, 18 sentyabr, SalamNews, B.Samid. İsrailin işğalında olan İordan çayının qərb sahilində bir fələstinli qadına yaxın məsafədən birbaşa atəş açılıb.

SalamNews  xəbər verir ki, İsrail əsgərləri işğal altında qalan İordan çayının qərb sahilində bir fələstinli qadına yaxın məsafədən birbaşa atış açıblar.

Məlumata görə hadisə Kalandiya qəsəbəsində İsrail əsgərlərinin qurduğu postun yaxınlığında baş verib.

İşğalda olan İordan çayının qərb sahilində postda duran İsrail əsgərləri qadını əlindəki bıçağa görə vurduqlarını bildiriblər.

Qeyd edək ki, İordan çayının qərb sahili 1967-ci ildə İsrail tərəfindən işğal edilib.