DÜNYA » SİYASƏT
17 Sentyabr 2019, 10:26 (GMT +4)

Ərdoğan husilərin Səudiyyəyə hücumuna münasibət bildirib: Əvvəl kim başlayıb?!

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. "Yadımıza salaq birinci Yəməni bombalamağa kim başlayıb?! Bunu yada salaq sora bilərik ki, faciənin mənbəyi hardandır?"

SalamNews  Anadolu.Arabic-ə istinadla xəbər verir bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən gün keçirilən mətbuat konfrasında deyib.

Səudiyyənin Abqaiq neft təsisatlarına edilən hücumla bağlı sualı cavablandıran Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan hadisənin əsas səbəblərinin araşdırılmasını istəyib.

R.T.Ərdoğan deyib:

"Yəmənin yenidənqurmasına tez bir zaman ərzində başlamaq lazımdır. Bu ölkə ayağı üstündə dura bilmir. İnkişaf etmiş ölkələr Yəmən və Suriya üçün nə edə bilər?!. Həmçinin Fələstində olan faciə üçün nə edə bilərlər. Təəssüflər olsun müsəlmanlar bir-birilə döyüşürlər. Yadımıza salaq birinci Yəməni bombalamağa kim başlayıb?! Bunu yada salaq, sora bilərik ki, məsələnin əvvəli hardandır.?!"

Qeyd edək ki, husilər ötən həftənin şənbə günü Səudiyyə Ərəbistanın Abqaiq neft təsisatlarına hücumun məsuliyyətini üzərilərinə götürüb və hücumların davam edəcəyini bildiriblər.