AZƏRBAYCAN » CƏMİYYƏT
16 Sentyabr 2019, 16:45 (GMT +4)

Xaçmazın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

Quba, 16 sentyabr, SalamNews, X.Cəbrayılov. Bu gün Xaçmazın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib.

SalamNews-un şimal müxbiri xəbər verir ki, açılış mərasimdə Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Mehman Abbason, Təhsil Şöbəsinin nümayəndəsi Azad Bədəlov, Bələdiyyə sədri Vüqar Cəbrayılov, məktəbin pedaqoji kollektivi, şagirdlər, valideyinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən M.Abbasov məktəbin müəllim və şagird kollektivini “Bilik günü” münasibəti ilə təbrik edib. 

Qeyd olunub ki, məktəb 94 şagirdin təhsili üçün nəzərdə tutulub. Məktəbin tikintisinə 2018-ci ilin aprel ayından başlanılıb. Sahəsi 60 sot ərazidə yerləşən məktəbin 11 otaq,  akt zalı, oxu zalı vardır. Şagirdlərin təlim tərbiyyəsi ilə 14 müəllim məşğul olur.