DÜNYA » SİYASƏT
16 Sentyabr 2019, 13:11 (GMT +4)

İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

Bakı, 16 sentyabr, SalamNews, B.Samid. "Səudiyyə Ərəbistanında neft zavoduna hücum kimi addımları İrana bağlamaq yalandan başqa bir şey deyil. Bu iddia kökündən yalan və əsassızdır."

SalamNews  FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Seyid Abbas Musəvi deyib.

ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyənin neft təsisatlarına hücumla bağlı İranı ittihamlandırmasına münasibət bildirən İran rəsmisi sözügedən iddiaların yalan və əsassız olduğunu bildirib.

"Beş ildir Yəmən müharibədədir. İran illərdir açıq-aydın elan edir ki, Yəmən xalqının hüquqlarını müdafiə edir. Bu kimi iddiaları İrana bağlamaq yalandır", deyə S. A. Musəvi ABŞ-ın ittihamlarını əsassız olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, husilər 14 sentaybrda Səudiyyə Ərəbistanın ən böyük neft zavodu olan Abqaiq təsisatlarına hücumun məsuliyyətini üzərinə götürüb və Səudiyyə Ərəbistanın Yəmənə hücumlarının davam edəcəyi təqdirdə oxşar addımların davam edəcəyini deyiblər.