AZƏRBAYCAN » CƏMİYYƏT
vasif
15 Sentyabr 2019, 12:32 (GMT +4)

Bu gün Vasif Adıgözəlovun anım günüdür

Bakı, 15 sentyabr, SalamNews. Bu gün xalq artisti, bəstəkar Vasif Adıgözəlovun anım günüdür.

O, iyulun 28-də 1935-ci ildə Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub.

SalamNews xəbər verir ki, o, ilk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb.1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayan bəstəkar sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirb. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib. 1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1988-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti 71 yaşında 2006-ci il sentyabrın 15-də vəfat edib.