AZƏRBAYCAN » CƏMİYYƏT
14 Sentyabr 2019, 21:00 (GMT +4)

“ABAD” stendi “Ən cəlbedici stend” mükafatına layiq görülüb (FOTOLAR)

Bakı, 14 sentyabr, SalamNews. “ABAD” stendi 12-14 sentyabr tarixlərində “Bulvar Hotel Baku”da II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo Fair 2019”) və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) Sərgisində “Ən cəlbedici stend” mükafatına layiq görülüb.

SalamNews xəbər verir ki, sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə həyata keçirilib.
“ABAD” publik hüquqi şəxs artıq 2-ci ildir ki “Gift & Promo Fair” sərgisində iştirak edir.

Burada ABADçılar tərəfindən hazırlanmış Azərbaycan mədəniyyətinə xas olan bədii sənətkarlıq nümunələri, əl işləri, suvenirlər, aksessuarlar, zərgərlik və keramika məmulatları, tekstil, oyuncaqlar və müəllif kuklaları sərgiləyib.

Sərginin 3-cü günündə isə proqram çərçivəsində təşkil olunmuş defilədə ABADçılar tərəfindən də hazırlanmış əl işləri modellər üzərində nümayiş olunub.

Qeyd edək ki, “ABAD”-ın stendini ölkənin tanınmış ictimai xadimləri, KİV nümayəndələri, ziyalılar ziyarət ediblər. ABADçılar tərəfindən hazırlanmış müxtəlif aksesuarlar ziyarətçilər tərəfindən çox böyük maraqla qaşılanıb.