DÜNYA » SİYASƏT
14 Sentyabr 2019, 15:40 (GMT +4)

Türkiyədə Gülən təşkilatı ilə bağlı daha 223 hərbçinin saxlanılması əmri verilib

Bakı, 14 sentyabr, SalamNews, B.Samid. Türkiyə təhlükəsizlik qüvvələri Gülən təşkilatı ilə əlaqəsi olduğu deyilən daha 223 hərbçini saxlamaq istəyir.

SalamNews  Reuters-ə istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı rəsmi mənbələrə istinadla məlumat veriblər.

Türkiyənin TRT telekanalı bildirib ki, təhlükəsizlik qüvvələrinə ölkənin 49 bölgəsində o cümlədən Şimali Kiprdə 223 hərbçinin saxlanılması əmri verilib.

Bildirilib ki, barələrində saxlanılma əmri verilənlərdən 100-ü ordu hərbçisi, 41-i hava qüvvələri, 32-i dəniz donanması və sair qüvvələrin üzvləridirlər.

Qeyd edək ki, 2016-cı ilin 15 iyulundakı çevrilişdə ittiham edilən Gülən təşkilatı Türkiyədə terror təşkilatı elan edilib. Sözügedən tarixdən indiyədək Türkiyədə 77 min hərbçi və mülki şəxs həbs edilib və təqribən 150 min nəfər işindən kənarlaşdırılıb.