AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
13 Sentyabr 2019, 17:31 (GMT +4)

Almaniyada doktorantura səviyyəsində təqaüd proqramı elan edilib

Bakı, 13 sentyabr, SalamNews. 2020-2021-ci tədris ili üzrə Almaniyada doktorantura səviyyəsində Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri Ali Məktəbinin təqaüd proqramı elan olunub.

Təhsil Nazirliyindən SalamNews-a verilən məlumata görə, Təqaüd proqramına sənəd vermək istəyən şəxslər cari ilin oktyabrın 7-dək http://www.bgsmcs.fu-berlin.de/en/announcements/201908_Call-for-Applications-2020.html  səhifəsinə müraciət edə bilərlər.

Tədqiqat müddəti 3 ildir.