DÜNYA » SİYASƏT
13 Sentyabr 2019, 10:32 (GMT +4)

Avropa dövlətləri Netanyahunun Fələstinə qarşı yeni ərazi iddiası haqda birgə bəyanat veriblər

Bakı, 13 sentyabr, SalamNews, B.Samid. Beş Avropa dövləti baş nazir Benyamin Netanyahunun İordan çayının qərb sahilində bəzi strateji bölgələrdə İsrailin hakimiyyətini təmin etməklə bağlı çıxışı haqda birgə bəyanat veriblər.

SalamNews  RT.Arabic-ə istinadla xəbər verir ki, Fransa, Almaniya, Britaniya, İtaliya, İspaniya ötən gecə İsrail baş naziri Benyamin Netanyahunun Fələstinə qarşı yeni ərazi iddiasını tənqid edib, bu addımlardan dolayı ciddi narahat olduqlarını bildiriblər.

Beş dövlətin XİN rəhbərlərinin birgə bəyanatında bildirilib ki, Benyamin Netanyahunun Ölü dənizinin şimalında, İordan çayı vadisi bölgəsində və İordan çayının qərb sahilindəki (qeyri-qanuni) yəhudi yaşayış massivlərində İsrailin hakimiyyətini təmin etmək mesajı beynəlxalq qərarları kobud şəkildə pozmaqdır.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı da məsələ ilə bağlı cari həftənin sonu Ciddədə təcili toplantı keçirir.