DÜNYA » SİYASƏT
12 Sentyabr 2019, 17:01 (GMT +4)

Əl-Qaidə lideri 11 sentyabr terrorunun öldönümündə yenidən hücum əmri verib

Bakı, 12 sentyabr, SalamNews, B.Samid. Əl-Qaidə terror təşkilatının lideri Əymən əz-Zəvahiri 11 sentyabr hadisələrinin öldünümü ilə bağlı bəyanat yayaraq, tərəfdarlarına yenidən hücum etmək əmri verib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bır sıra xarici KİV-lər əl-Qaidə lideri Əymən əz-Zəvahirinin yeni bəyanatla çıxış etdiyini bildiriblər.

Ə.əz-Zəvahiri yeni müraciətində tərəfdarlarını ABŞ-da, Avropa, Rusiya və İsraildə hücumlar həyata keçirməyə çağırıb.

Əz-Zəvahiri həmçinin əl-Qaidəni tənqid və təqib edən müsəlman dövlətləri və siyasi-dini hərəkatları da tənqid edib və onları xain adlandırıb.

Əl-Qaidə lideri yayımlanan yarım saatlıq videoda ABŞ prezidenti Donald Trampın Colan Yüksəkliklərini İsrailin ərazisi bilməsi məsələsinə də toxunub. Buradan məlum edilib ki, çəkiliş son aylara aiddir.

Qeyd edək ki, Üsamə bin Ladendən sonra təşkilata rəhbərlik edən Əymən əz-Zəvahirinin Əfqanıstan-Pakistan sərhədində ucqar bölgələrdə gizləndiyi bildirilir.