DÜNYA » SİYASƏT
12 Sentyabr 2019, 10:22 (GMT +4)

Rusiya İraqa yeni nəsil havadan müdafiə sistemlərini satmağa hazırdır - Mənbə

Bakı, 12 sentyabr, SalamNews, B.Samid. "Rusiya İraqa yeni nəsil havadan müdafiə sistemlərini satmağa hazır olduğunu bildirib."

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bunu İraq parlamentinin bir deputatı deyib.

Adının açıqlanmasını istəməyən iraqlı deputat bildirib ki, aparılan danışıqlardan sonra ruslar ilkin olaraq İraqa yeni nəsil havadan müdafiə sistemlərinin satılmasına razılıq veriblər.

Qeyd edək ki, son aylarda İraqda Haşd-Şabi qüvvələri İsrail təyyarələri tərəfindən hava zərbələrinə məruz qalıb. Məhz bu proseslərdən sonra İraq hökuməti dairiləri daxilində ölkə silahlı qüvvələrinin havadan müdafiə sistemlərilə təchizatlandırılması tələbləri artıb.

İraq rəsmiləri məsələ ilə bağlı Rusiyaya nümayəndə heyətlərinin göndərildiyini, eyni zamanda ABŞ tərəfindən təzyiqlərin olduğunu bildiriblər.