AZƏRBAYCAN » İQTİSADİYYAT
12 Sentyabr 2019, 11:55 (GMT +4)

Azərbaycan nefti ucuzlaşıb

Bakı, 12 sentyabr, SalamNews.Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,48 ABŞ dolları, yaxud 2,2% azalıb.

SalamNews xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,66 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.